Xəzər Xəbər

Qubada 33 yaşlı kişi qazdan boğulub öldü

Region | 11:15 • 24 Oktyabr 2018
Qubada 33 yaşlı kişi qazdan boğulub öldü

Quba rayon sakini evində dəm qazından boğulub.


Hadisə şəhərin Ərdəbil küçəsi, ev 106-da baş verib.


Həmin ünvanda yaşayan, 1985-ci il təvəllüdlü Əliyev Etibar Səməd oğlu yaşadığı evin vanna otağında çimərkən hamama qaz dolması nəticəsində zəhərlənərək ölüb.


Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Xəbər lenti