Xəzər Xəbər

Keçidlərdən istifadə etməyən piyadalara xəbərdarlıq edilib - Qubada reyd - FOTO

Region | 12:26 • 14 Sentyabr 2018
Keçidlərdən istifadə etməyən piyadalara xəbərdarlıq edilib -

Qubada reyd zamanı keçidlərdən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalara xəbərdarlıq edilib.


Qayda pozan piyadalarla maarifləndirici söhbətlər aparılıb vətəndaşlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumatlar verilib.


Piyadaların diqqətinə çatdırılıb ki, polis əməkdaşlarının xəbərdarlıqlarına baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən istifadə edən şəxslər saxlanılaraq barələrində inzibati protokol tərtib edilərək cərimələnəcəklər.


Quba Rayon Polis Şöbəsinin (RPŞ) dövlət yol polisi bölməsinin inspektoru Saleh Eyyubov bildirib ki, keçirilən reydlərin məqsədi hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti, o cümlədən sərnişindaşıma sahəsində təhlükəsizliyin təmin edilməsi, piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınmasından ibarətdir.


Şəhərin mərkəzində reyd zamanı polis əməkdaşları tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada texniki baxışdan keçməyən, sərnişindaşıma ilə məşğul olmaq üçün fərqlənmə nişanı olmayan avtobus sürücüləri də saxlanılıb və barələrində inzibati qaydada tədbirlər görülüb.

Xəbər lenti