Xəzər Xəbər

Zərdabda 27 yaşlı gənc bıçaqlanıb

Region | 16:09 • 22 Fevral 2018
Zərdabda 27 yaşlı gənc bıçaqlanıb
Zərdab rayonunda bıçaqlanma hadisəsi baş verib. Xezerxeber.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Alcanlı kəndində qeydə alınıb. Kənd sakini 22 yaşlı Novruz Bayramov həmkəndlisi 27 yaşlı Röyal Salahova bir neçə bıçaq xəsarəti yetirib. Yaralı gənc xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti