Xəzər Xəbər

Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib

Region | 12:32 • 24 Noyabr 2017
Konstitusiya Məhkəməsinin kollektivi Cocuq Mərcanlıya səfər edib

Konstitusiya Məhkəməsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər edib.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla anılıb.


Konstitusiya Məhkəməsinin kollektivi sonra "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər.


Səfər çərçivəsində Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbinin kollektivi və sakinlərlə görüş keçiriləcək, məscid ziyarət ediləcək, aparılan tikinti-quruculuq işləri ilə tanışlıq olacaq.

Xəbər lenti