Xəzər Xəbər

Yuxarı Qarabağ kanalında 47 yaşlı kişi batıb

Region | 16:46 • 29 İyun 2017
Yuxarı Qarabağ kanalında 47 yaşlı kişi batıb

Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında 47 yaşlı kişi batıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhəri, Yuxarı Qarabağ kanalında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 15 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq 1970-ci il təvəllüdlü Marif Arif oğlu Məmmədovun cəsədini sudan çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Xəbər lenti

Çox oxunanlar