Xəzər Xəbər

Əməkdar rəssam vəfat etdi

Mədəniyyət | 11:49 • 4 Sentyabr 2022
Əməkdar rəssam vəfat etdi

xƏməkdar rəssam Asif Azərelli vəfat edib.

Bu barədə APA-ya Azərbaycan Dövlət Rəssamlıq Akademiyasından məlumat verilib.

Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra vəfat edib.

Asif Azərelli 19 iyul 1946-cı ildə Bərdə rayonunda anadan olub.

1970-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib.

1976-cı ildə keçmiş SSRİ-nin Azərbaycan Rəssamlar İttifaqının mükafatına layiq görülüb.

1983-1984-cü illərdə YUNESKO tərəfindən təşkil olunmuş beynəlxalq sərginin iştirakçısı olub.

Görkəmli rəssam daha çox Dədə Qorqud obrazının ən çox qəbul edilən versiyasının yaradıcısı kimi tanınırdı.

Allah rəhmət eləsin!

Xəbər lenti