Xəzər Xəbər

Alban-udi dini icmasının nümayəndələri Xudavəng monastırında olublar FOTO

Mədəniyyət | 15:02 • 9 May 2022
Alban-udi dini icmasının nümayəndələri Xudavəng monastırında olublar

Mayın 9-da Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələri Pasxa bayramı münasibətilə Ermənistanın işğalından azad olunan Kəlbəcər rayonundakı Xudavəng monastır kompleksini ziyarət ediblər.

Xezerxeber.az xəbər verir ki, icma nümayəndələri məbəd kompleksə aid kilsədə dini ayinlər icra edib, bayram duaları oxuduyub, şamlar yandırıblar. Sonra icmanın üzvləri çıxış edərək Pasxa bayramının mahiyyətindən, dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətin diqqət və qayğısından danışıb.

Bildirilib ki, sovetlər dövründə udilərə öz milli bayramlarını qeyd etmək qadağan olunsa da, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onlar etnik azlıq olaraq öz bayramlarını və adət-ənənələrini geniş qeyd edirlər.

Xəbər lenti