Xəzər Xəbər

Nazir: İşğaldan azad olunan ərazilərdə 403 mədəniyyət abidəsinə baxış keçirilib

Mədəniyyət | 14:19 • 28 Dekabr 2021
Nazir: İşğaldan azad olunan ərazilərdə 403 mədəniyyət abidəsinə baxış keçirilib

Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər üzrə 403 dövlət qeydiyyatında olan tarixi mədəniyyət abidəsinə baxış keçirilib.

Xezerxeber.az xəbər verir ki, bu sözləri ilin yekunlarına həsr olunmuş mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, eləcə də 162 dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji mənşəli obyektin monitorinqi aparılıb.

Xəbər lenti