Xəzər Xəbər

Türkiyədə fərqli mədəniyyətlərə və dövrlərə aid 369 tarixi əsər tapılıb

Mədəniyyət | 09:08 • 15 Dekabr 2021
Türkiyədə fərqli mədəniyyətlərə və dövrlərə aid 369 tarixi əsər tapılıb

Türkiyənin İzmir vilayətində fərqli mədəniyyətlərə və dövrlərə aid 369 tarixi əsər tapılıb.

Tapıntılar arasında Bizans dövrünə aid sikkələr, sümükdən düzəltmə saç sancaqları, Osmanlı dövrünə aid 19 əlyazma kitab, XVIII əsrdə çəkildiyi ehtimal olunan 27 rəsm əsəri, eləcə də vaxtilə Cənubi Amerikada yaşayan Jivaro qəbiləsinə aid dörd insan kəlləsi və üç mumiya da var.

Tapılan müxtəlif elementlərdən ibarət 337 tarixi əsər İzmir Arxeologiya Muzeyi Baş İdarəsinə, 27 rəsm isə İzmir Rəsm, Heykəl Muzeyi və Qalereya Baş İdarəsinə təhvil verilib.

Əsərlər arasında həm Anadolu coğrafiyasından, həm də dünyanın müxtəlif yerlərindən materialların olduğu bildirilir. Onların bəzilərinin üzərində laboratoriya və DNT analizləri aparılacaq.

Xəbər lenti