Xəzər Xəbər

Qarabağdan çıxarılan muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Mədəniyyət | 14:59 • 28 Oktyabr 2021
Qarabağdan çıxarılan muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilib

Ermənilərin işğaldan azad olunmuş ərazilərdəki muzeylərdən apardığı eksponatlarla bağlı ciddi işlər görülür.

Xezerxeber.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

Onun sözlərinə görə, hazırda faktların toplanması prosesi gedir: "Qarabağ bölgəsindən çıxarılan muzey eksponatları ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişik. Bu, kifayət qədər uzun çəkən prosesdir. Faktların yığılması və lazımı müraciətlərin edilməsi istiqamətində ciddi işlər görülür. Hazırda əlimizdə rəqəmlər var. Onların dəlil və sübut bazasının yığılması ilə məşğuluq”.

Xəbər lenti