Xəzər Xəbər

Xalq artisti Eldar Quliyev dəfn olunub

Mədəniyyət | 14:01 • 18 Aprel 2021
Xalq artisti Eldar Quliyev dəfn olunub

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev dəfn olunub.

Xalq artisti vəsiyyətinə uyğun olaraq Bakı şəhərindəki “Qurd qapısı” qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailəsi, sənət yoldaşları və Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak edib.

Eldar Quliyev aprelin 16-da 80 yaşında vəfat edib.

Xəbər lenti