Xəzər Xəbər

Vaqifin məqbərəsi bərpa edilir foto

Mədəniyyət | 12:21 • 28 Mart 2021
Vaqifin məqbərəsi bərpa edilir

Azərbaycan şairi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə kompleksi bərpa edilir. 

Xezerxeber.az-ın məlumatına görə, biz zamanlar Şuşanın gözəlliyinə xüsusi çalar qatan məqbərə işğal müddətində ermənilər tərəfindən vəhşicəsinə dağıdılmışdı.

Azərbaycan Ordusunun torpaqlarımızı düşmən tapdağından azad etməsindən sonra erməni vandalizminə məruz qalmış çoxsaylı tarixi- dini, mədəniyyət abidələrimizin bərpası işlərinə başlanılıb. Onlardan biri də Molla Pənah Vaqifin məqbərəsidir. Hazırda dahi şairin məqbərəsinin bərpası işləri davam etdirilir.

Xatırladaq ki, Molla Pənah Vaqifin məqbərənin açılışı 1982-ci ildə olub. 

Xəbər lenti