Xəzər Xəbər

Azərbaycanın əməkdar artisti vəfat etdi

Mədəniyyət | 08:41 • 13 Fevral 2017
Azərbaycanın əməkdar artisti vəfat etdi

Gənc tamaşaçılar teatrının aktrisası, Azərbaycanın əməkdar artist Kübra Dadaşova vəfat edib. 

Teatrdan APA-ya verilən məlumata görə, aktrisa bu gün axşam saatlarında dünyasını dəyişib. 

Onun şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Əməkdar artist K.Dadaşova  sabah dəfn olunacaq.   

Kübra Dadaşova 31 avqust 1957-ci ildə doğulub. 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini bitirib. O, yaradıcılıq fəaliyyətinə  1982-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında başlayıb . 16 may 2006-cı ildən Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adı ilə təltif olunub.

Xəbər lenti

Çox oxunanlar