Xəzər Xəbər

Sabahdan yerli turistlərlə bərabər xaricilər də Şuşaya səfər edə biləcək

Maraqlı | 12:54 • 17 Mart 2023
Sabahdan yerli turistlərlə bərabər xaricilər də Şuşaya səfər edə biləcək

Sabahdan Şuşaya Azərbaycan vətəndaşları üçün turlar başlayacaq. Düşünürük ki, bu ənənə xarici turistlərə də şamil ediləcək. Xarici turistlərin təkcə Şuşya deyil, işğaldan azad edilmiş digər ərazilərə də səfərləri təşkil olunacaq.

Bunu Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə bildirib.

Qeyd edək ki, Azərbaycanın turizm potensialı hazırda Moskvada keçirilən “MITT 2023” beynəlxalq səyahət və turizm sərgisində nümayiş etdirlir.

Dövlət Turizm Agentliyinin nümayəndəsi qeyd edib ki, Moskva sərgisində işğaldan azad edilmiş ərazilərimizin turizm potensialı nümayiş edilir. Sərgi çərçivəsində Rusiyanın dövlət qurumları, turizm şirkətləri ilə əlaqələrin genişləndirilməsi, qarşılıqlı uçuşların sayının artırılması məsələləri müzakirə olunur. Təkcə son ay ərzində Rusiyadan Azərbaycana 400 aviareys həyata keçirilib və bu sahədə də müsbət dinamikanın davam edəcəyi gözlənilir.

O, turistlərin bölgələrə də böyük maraq göstərdiklərini vurğulayıb.

“Bölgərimizdə hazırda mövcud olan və işğaldan azad edilmiş ərazilərdə tikilən aeroportlar da Rusiyadan və digər ölkələrdən daha çox turist cəlb etməyə imkan yaradacaq. Bu ilin qış mövsümündə rusiyalı turistlər arasında Bakı ilə yanaşı, əsas turistki dəhlizlər, xüsusilə isə “Şahdağ” Turizm Mərkəzi yetərincə populyar olub. Bu il Qəbələ, Şəki, Lənkəran, Gəncə istiqamətində səfərlərin sayının artacağı gözlənilir. Rusiyalı turistlər Azərbaycanda daha çox mədəni-tarixi irsimizlə bağlı, müalicə-sağlamlıq turizmi, qastro turizminə maraq göstərirlər. Tələbata uyğun olaraq yeni turizm marşrutları qurmaqda davam edəcəyik”,-K.Quluzadə əlavə edib. (azertag)

Xəbər lenti