Xəzər Xəbər

3 yaşlı uşağın danışdıqları hər kəsi qorxuya saldı: "Anamın adı Soçi idi..."

Maraqlı | 15:20 • 24 Sentyabr 2022
3 yaşlı uşağın danışdıqları hər kəsi qorxuya saldı: "Anamın adı Soçi idi..."

3 yaşlı uşağın dedikləri ailəsi başda olmaqla hər kəsi qorxuya salıb.

Böyük Britaniyada çox tanınan komediya ustası və aparıcı Dan Şrayber bir izləyicisinin ona dediklərini sosial mediada paylaşaraq gündəm mövzusu yaradıb.

İzləyicisinin sözlərinə görə 3 yaşlı uşaq "Ata, mənim çoxdan ailəm var idi. Anamın adı Soçi idi. O da mənə Anke adını verdi. İndi mən buradayam, sən də buradasan” deyib.

Bu paylaşım az qala ölkənin yarısının qorxu və heyrətinə səbəb olub.

Aparıcının bildirdiyinə görə, uşağın söylədikləri ailənin reenkarnasiya ehtimalı üzərinə fokuslanmaqlarına səbəb olub.

Şrayberin paylaşımından sonra sosial mediada mövzu ilə bağlı müzakirələr başlayıb. Bəzi istifadəçilər reenkarnasiyanın mümkün olmadığını bildirsələr də, bəzi istifadəçilər daha əvvəl oxşar hallarla rastlaşdığını bildiriblər.

Xatırladaq ki, Reenkarnasiya ruhun daim köçdüyünə inanan spiritüalistlər tərəfindən bu hadisəyə verilən addır. Müasir Reenkarnasiya qədim Asiya dinlərindəki reenkarnasiya anlayışından bir qədər fərqli olsa da, oxşardır.

Hal-hazırda köçə inananların sayı bir milyarddan çoxdur./Sfera.az