Xəzər Xəbər

Kosmosda yayılan gizli siqnal alimləri təşvişə saldı - Yadplanetlilərdən şübhələnirlər

Maraqlı | 13:41 • 23 Oktyabr 2021
Kosmosda yayılan gizli siqnal alimləri təşvişə saldı - Yadplanetlilərdən şübhələnirlər
Kosmosda daha bir gizli siqnal aşkarlanıb.
 
Təxminən bir ay əvvəl müşahidə edilən siqnal bu dəfə yapon elm adamları tərəfindən yenidən müəyyən edilib. Sözegedən siqnal Yupiterdə qeydə alınıb və 4 saniyə müddətində görülüb. 
 
Kyoto Universitetinin araşdırma qrupu 15 oktyabrda görülən parlaq bir işığın görünütülərini yayıblar. Məlumata görə, hadisə Yupiterin şimal mülayim qurşağının cənub kənarına yaxın şimal tropik zonada baş verib. Parlaq işığın son bir il ərzində 9 dəfə göründüyü bildirilib. Siqnal göndərənlərin yadplanetli olma ehtimalı isə, alimləri belə qorxutmağa başlayıb.
 
Mövzu ilə bağlı "Tarixdə ilk dəfə olaraq, oktyabrın 15-də  saat 22:24-də kiçik bir cismin Yupiterin səthi ilə toqquşması zamanı işıq parıltısını eyni vaxtda müşahidə edə bildik”, - deyə elm adamları deyiblər. İşıq şüasının öncə,  Sky və Teleskop tərəfindən müəyyən edildiyini vurğulanıb.

 

Həmçinin qeyd edilib ki, hər il onlarla, yüzlərlə asteroid Yupiterin səthi ilə toqquşur. Nəhəng planet bu cür obyektlərin Yerə dəyməsinin qarşısını almaq üçün maneə rolunu oynayır./Sfera.az 

Xəbər lenti