Xəzər Xəbər

Hava dəyişəndə özünü pis hiss edənlər - Bu analizi yoxlasın

Maraqlı | 09:51 • 19 Oktyabr 2021
Hava dəyişəndə özünü pis hiss edənlər - Bu analizi yoxlasın

Hava dəyişiləndə bəzi insanlarda halsızlıq, iş qabiliyyətinin azalması, baş ağrıları, ürək nahiyəsində ağrılar, nəbzin tezləşməsi və s. xoşagəlməz simptomlar meydana çıxır.

Ədətən buna "meteohəssaslıq" deyilir.

XəzərXəbər saglamolun.az-a istinadən bildirir ki, Ukrayna mütəxəssislərinin fikrinə görə, meteohəssaslığın səbəbi yüksək xolesterin ola bilər. Alimlərin fikrinə görə, havanın dəyişilməsinə daha çox damarlar reaksiya verir. Damarlar sağlamdırsa, insan havanın dəyişilməsini asan keçirir. Lakin damarlarda xolesterin çoxdursa, damarlar tutulubsa, atmosfer təzyiqinin və havanın digər parametrlərinin dəyişilməsi orqanizm üçün fəsadsız ötüşməyəcək.

Bu səbəbdən mütəxəssislər havaya rəaksiya verən insanlara qanda xolesterini yoxlamağı tövsiyə edir.

Xolesterin normadan yüksəkdirsə, pəhriz, fiziki aktivlik və lazım olduqda müalicə təyin oluna bilər.

Xəbər lenti