Xəzər Xəbər

Arıqlamaq üçün bu saatlarda məşq edin

Maraqlı | 14:46 • 1 Avqust 2021
Arıqlamaq üçün bu saatlarda məşq edin

Məşqdən maksimum fayda əldə etmək üçün günün hansı saatında idman etmək effektivdir? Bu sualın universal cavabı yoxdur, çünki bu, fərdidir. Ümumilikdə isə mütəxəssislər hesab edir ki, idman üçün ideal vaxt 15:00-19:00 arasıdır. Bununla belə, həmişə istisnalar var.

Oxucuları idmanın hansı saatlarda effektiv olması ilə tanış edirik.

Əgər erkən qalxansınızsa və səhər saat 7-də məşqə getmək sizin üçün daha rahatdırsa, səhər saatlarında idman etmək daha yaxşıdır.

Bu qayda gecə yata bilməyən “bayquşlara” da aiddir. Əgər səhər yuxudan durmaq üçün mübarizə aparırsınızsa və yarım saat sonra idman salonuna gedirsinizsə, səhər idmanı sizə heç bir fayda gətirməyəcək. Gücünü axşam enerjisindən alanlar üçün 7-8-dən sonra bu məşqlər təsirli ola bilər. Ancaq yuxu ilə bağlı probleminiz varsa, saat 19:00-dan sonra idmandan imtina etmək daha yaxşıdır - bu, vəziyyəti ağırlaşdıra bilər.

Əlbəttə ki, vaxt məşqlərin effektivliyinə təsir edən tək amil deyil. İstənilən vaxt idman etmək üçün yuxu və qidalanmanıza diqqət edin. Unutmayın ki, sağlam qidalanma ideal bədən quruluşuna gedən yolda müvəffəqiyyətin 70 faizini təşkil edir və idman burada 30% rol oynayır. Odur ki, məşqdən əvvəl və sonra müəyyən rasionunuz olmalıdır./Publika.az 

Xəbər lenti