Xəzər Xəbər

Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır

Maraqlı | 16:04 • 5 May 2021
Yerin ətrafında uçuşlar üçün bilet satışı başlayır

"Amazon" şirkətinin təsisçisi Ceff Bezosa məxsus "Blue Origin" aerkosmik şirkəti Yerin ətrafında uçuşlar üçün bilet satışına başlayacaq.

Uçuşun detalları, vaxtı və digər məlumatlar bu gün ərzində açıqlanacaq.

Qeyd olunur ki, "Blue Origin" şirkətinin "New Shepard" kosmik gəmisi Yerin ətrafında suborbital uçuş keçirəcək.

Mütəxəssislər biletin dəyərinin 200-250 min dollar ətrafında ola biləcəyini ehtimal edir. "New Shepard" 6 nəfər sərnişingötürmə qabiliyyətinə malikdir.

Bundan başqa, "SpaceX" və "Virgin Galactic" şirkətləri də turistik kosmik uçuşları keçirmək niyyətindədir.

Xəbər lenti