Xəzər Xəbər

“Supermen” haqqında kitab rekord qiymətə satıldı

Maraqlı | 11:07 • 8 Aprel 2021
“Supermen” haqqında kitab rekord qiymətə satıldı

Ötən əsrin 30-cu illərində ABŞ-da çap olunmuş, bununla da "Supermen" adlı personajı bəşəriyyətə bəxş etmiş “Action Comics #1” yumoristik kitabı onlayn hərracda 3,25 milyon dollara satılıb. Bu, onun 2018-ci ildəki alış qiymətindən 1,25 milyon dollar çoxdur.

Bu barədə xarici mətbuat xəbər verir.

Xatırladaq ki, bu kitabın başqa nüsxəsi 2014-cü ildə hərracda 3,2 milyon dollara realizə edilmişdi. Kitab "Supermen"in mənşəyi, başqa planetdən dünyaya necə gəlməsi haqqında oxuculara məlumat verir./report

Xəbər lenti