Xəzər Xəbər

Alimlərdən xəbərdarlıq: Kredit kartları beyinə narkotik vasitə kimi təsir edir

Araşdırmanı Massaçusets Texnologiya İnstitutunun alimləri aparıb.
Maraqlı | 18:56 • 14 Mart 2021
Alimlərdən xəbərdarlıq: Kredit kartları beyinə narkotik vasitə kimi təsir edir

Dünyada alış-verişdə kredit kartlarından istifadə günbəgün artır. ABŞ-da aparılan bir araşdırma zamanı kredit kartı istifadəsinin mənfi təsiri ortaya çıxıb.

Araşdırmanı Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri aparıb.

Məlum olub ki, kredit kartı xərclənməsi beyində asılılıq yaradan narkotik tərkibli dərmanlarla eyni kimyəvi reaksiyanı alovlandırır.

Alimlər həmçinin kredit kartı ilə fiziki pul istifadəsi arasındakı fərqlər qiymətləndiriblər. Fiziki pul istifadə edildikdə beyindəki mükafat mərkəzinə hər hansı bir siqnal daxil olmayıb. Eyni mərkəzin kredit kartlarının istifadəsi zamanı təsirləndiyi diqqət çəkib./Publika.az 

Xəbər lenti