Xəzər Xəbər

“Instagram”da məşhurlaşmaq üçün ev yandırdılar

Maraqlı | 14:04 • 7 Aprel 2020
“Instagram”da məşhurlaşmaq üçün ev yandırdılar

Rusiyanın Krasnoyarsk diyarında iki gənc evi yandıraraq, videoya çəkiblər.

"RİA Novosti” xəbər verir ki, biri 18 yaşını tamamlamayan, digəri isə 20 yaşında olan gənclər başqasına məxsus bağ evini yandırıblar.

Onlar evdəki əşyaları dağıdaraq, qəsdən səliqəsizlik yaradıblar. Daha sonrabunları "Instagram”a yerləşdiriblər.

Hadisəni törədənlərdən biri bundan əvvəl də bu cür əyləndiyini deyib.

Polis şəxsiyyətlərini müəyyən edərək həmin oğlanları tutub. Onlar törətdikləri əməli etiraf ediblər. Hazırda hüquq-mühafizə orqanları onların oxşar hadisələrdə əllərinin olub-olmadığını araşdırır./oxu.az

Xəbər lenti