Xəzər Xəbər

Yadplanetlilərlə bağlı SENSASİON FAKT: nüvə silahlarını...

Maraqlı | 15:26 • 27 Noyabr 2019
Yadplanetlilərlə bağlı

"Paradiqma” Uçan Naməlum Obyektləri araşdırma qrupu inanılmaz iddia ilə çıxış edib.

Yeni iddia Böyük Britaniyanın "Daily Star” qəzetində yer alıb.

Araşdırma qrupunun məlumatına görə, yadplanetlilər dünyadakı nüvə silahları ilə oynayırlar. Onlar güclərini insanlara nümayiş etdirmək üçün nüvə silahlarını açıb-bağlayırlar.

"Paradiqma”nın qurucusu Stiven Basset isə məsələni belə şərh edib: "Bu qədər güclü irq təhdid kimi yox, nüvə silahlarına qarşı olduğu üçün bunu edirlər. Biz insanlara "nüvə silahlarından niyə xilas olmaq istəmirsiniz?” demək istəyirlər”.

Basset bildirib ki, ABŞ hökuməti yadplanetlilərin ortaya çıxdığı anda Beynəlxalq Kosmik Stansiyanın yayımını dayandırır./publika.az

Xəbər lenti