Xəzər Xəbər

Aya uçacaq ilk turist o oldu 42 yaşlı milyarder kimdir?

Maraqlı | 12:48 • 18 Sentyabr 2018
Aya uçacaq ilk turist o oldu

"SpaceX" şirkəti istehsalı olan kosmik gəmidə Aya ilk səfər edəcək turistin adı açıqlanıb. Trend-in məlumatına görə, şirkətin düzənlədiyi mətbuat konfransında həmin şəxsin 42 yaşlı yaponiyalı milyarder Qusaku Maedzava olduğu bildirilib.

Q.Maedzava "Zozo" internet saytın əsasını qoyan və rəhbəridir. Saytın vasitəsilə fərdi ölçülər əsasında paltarlar sifariş etmək olur.

"Forbes" jurnalı onun ümumi kapitalını 3 milyard dollar dəyərində qiymətləndirib.

Biznesmen Aya səfər etməyin çoxdan arzusunda olduğunu bildirib.

Xəbər lenti