Xəzər Xəbər

Gürcüstanda albinos qaranquş tapılıb

Maraqlı | 10:42 • 22 İyun 2018
Gürcüstanda albinos qaranquş tapılıb

Gürcüstanın Qardabani rayonunun Krtsanisi kəndində nadir qaranquş tapılıb.


Kənd sakinlərindən birinin evinin divarında yuvada tamamilə ağ rəngdə olan qaranquş diqqəti cəlb edib. Yuvada olan iki qaranquşdan biri adi, digəri isə albinos qaranquşdur.

 

Qeyd edək ki, qaranquşlar arasında albinizmə olduqca nadir hallarda rast gəlinir. Albinos qaranquşlar adi qaranquşlardan daha zəif olur. Onların günorta saatlarında  görmə qabiliyyəti zəifləyir. Rəng fərqinə görə albinos qaranquşlar adi qaranquşlar tərəfindən çox vaxt qəbul olunmur.

Xəbər lenti