Xəzər Xəbər

Mayın 3-də planetlər mini parad edəcək ALİM XƏBƏRDARLIĞI

Maraqlı | 15:57 • 3 May 2018
Mayın 3-də planetlər mini parad edəcək

Bu gün planetlərin mini-paradını izləmək mümkün olacaq.

Alimlər 6 göy cisiminin bir xətt üzrə praktik olaraq ard-arda düzüləcəyini iddia edir. Heyrətamiz astronomik mənzərə cənub üfüqündən daha yaxşı görüləcək. Mars, Saturn, Ay, Yupiter, Spika və Antares praktik olaraq Bakı vaxtı ilə səhər saat 4-də eyni xətt üzərində düzüləcək.

Alimlər Müşahidəyə başlamaq üçün ən uyğun vaxtın mayın 3-nə keçən gecə saat 2 olduğunu düşünürlər. İlk olaraq Yupiter və Spika planetləri, daha sonra Ay və Saturn səmada bir sıraya gələcək. Antaresidən sonra 3:30-da sıraya qatılan Mars cərgəni tamamlayacaq.

Alimlər bu hadisəni yalnız mini-parad olaraq adlandırırlar. Çünki Günəşdən bir tərəfdə yerləşən kiçik sahədə yalnız üç planet- Ay və iki ulduz düzülür. Parad halında hərəkət hesablanması üçün isə azı 4 planetin olması vacibdir./publika.az

Xəbər lenti