Çinli alimlər şirkətlərdə əməkdaşların rəhbərliklə rahat anlaşa bilməsi üçün beyin impulsları vasitəsilə emosiyalarını izləyəcək.
Sözügedən sistemdən müxtəlif müəssisələrdə əməkdaşların vaxtında fasilə vermək, vəzifələrini vaxtında dəyişdirmək və hətta işçilər arasında istirahət günlərini təyin etmək üçün istifadə edirlər. Bu, müəssisədə iş keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edilir.
Şirkətlərdən biri sözügedən sistemin tətbiqindən sonra şirkət gəlirlərinin 315 milyon dollara qədər artdığını bildirib.
Sistemi tətbiq etmək üçün işçi geyimin bir hissəsinə xüsusi
cihazlar quraşdırılır. Bu cihazların köməyilə beyin impulsları
nəzarətə götürülür. Texnologiya yalnız istehsalata aid
müəssisələrdə deyil, həm də hərbi strukturlarda istifadə oluna
bilər. Cihaz və süni intellekt insanın bütün emosiyalarını - qəzəb,
həyəcan və ya kədərini də müəyyənləşdirə bilir.
Bu layihə ilk dəfə Ninbo Universitetində hazırlanıb və dövlət
yardımı ilə fəaliyyətə buraxılıb. Hazırda ondan Çinin ən öndə gedən
müəssisələri və hərbi qurumları istifadə edir. Proqrama nəzarət
edən Çen Szinçjou bildirib ki, bu layihənin ətrafa heç bir mənfi
təsiri ola bilməz.
Bəzi mütəxəssislər isə layihənin idarəçiliyindən asılı olaraq insanların emosiyalarını idarə edərək onlara mənfi təsir də göstərmək olar./publika.az