Xəzər Xəbər

Keyfiyyətsiz yemək, təhlükəli ərzaq məhsulları 7 restoran, kafe və bar BAĞLANDI

Maraqlı | 12:35 • 17 Mart 2018
Keyfiyyətsiz yemək, təhlükəli ərzaq məhsulları

Tbilisidə aparılan araşdırmalardan sonra müasir tələblərə cavab verməyən 7 restoran, kafe və bar bağlanıb.

XəzərXəbər xəbər verir ki, buna həmin iaşə müəssisələrində normal şəraitin olmaması, verilən yeməklərin çox aşağı keyfiyyəti və bir sıra ərzaq məhsullarında insan sağlamlığı üçün zərərli maddələrin aşkar edilməsi səbəb olub.

Gürcüstanın Milli Ərzaq Agentliyinin yaydığı məlumata görə, paytaxtdakı 19 restoran, kafe və barda araşdırma aparılıb. Onlardan yalnız üçünün fəaliyyəti normal hesab edilib. 7 restoran, kafe və barın fəaliyyəti müvəqqəti dayandırılıb, qalanlarına xəbərdarlıq olunub.

Agentlik bu cür yoxlamaları davam etdirəcəyini bildirib. (AZƏRTAC)

Xəbər lenti

Çox oxunanlar