Xəzər Xəbər

Kişi cildinə girib iki qadını aldatdı

Maraqlı | 12:55 • 16 Fevral 2018
Kişi cildinə girib iki qadını aldatdı

Hindistanda başlıq pulu almaq üçün sosial mediada açdığı hesablarla qadınları tovlayan və kişi cildinə girən qadın iki həmcinsini aldadıb.

Hindistanda bir nəfər başlıq pulu almaq üçün kişi cildinə girib iki qadını aldadıb. Adət-ənənəyə uyğun olaraq, qadınların kişilərə başlıq pulu ödədiyi ölkədə bir qadın saxta hesab açaraq sosial media vasitəsilə qadınlara kələk gəlib.

Uttarakhand bölgəsinin polisi kişi cildinə girərək iki qadınla evlənən və onlardan birini başlıq pulu üçün zorladığı iddiası ilə Krişna Seni nəzarətə alıb. Polisin bildirdiyinə görə, Krişna 2013-cü ildə sosial şəbəkədə açdığı saxta hesabda söhbətləşdiyi iki qadını aldadaraq onlarla evlənib.

2014-cü ildə aldatdığı qadınların biri ilə görüşən Sen başlıq pulu almaq üçün onu döyüb. Toyunda tanış olduğu başqa bir qadınla da 2016-cı ildə evlənən Sen polisə verdiyi ifadədə özünü həmişə kişi kimi hiss etdiyini bildirib.AzNews.az

Xəbər lenti

Çox oxunanlar