Xəzər Xəbər

"Facebook" serial istehsalına başlayır SERİYASI 3 MİLYON DOLLARA

Maraqlı | 12:12 • 28 İyun 2017
"Facebook" serial istehsalına başlayır

"Facebook" şirkəti serial istehsalına başlamağı planlaşdırır.

İKT.lent.az-ın Vladtime.ru-ya istinadən xəbərinə görə, sosial şəbəkənin nümayəndələri artıq Hollivud agentlikləri ilə bu imkanları müzakirə edir.

"Facebook" özünün kino və tele kontentinin yaradılması ilə bağlı layihəsini ilin sonundan reallaşdıracaq. İstehsalçılar yalnız yüksək keyfiyyətli məhsul buraxmağa hazırlaşır. Məsələn, serialın hər seriyası 3 milyon dollardan az başa gəlməyəcək. Bu rəqəm TV-lərdə nümayiş etdirilən populyar amerikan seriallarının ümumi büdcəsi ilə müqayisə oluna bilməz.

"Facebook"un planlarına ekonom-kontentin translyasiyası da daxildir. Ucuz seriyalar 10 dəqiqəlik rolik şəklində olacaq və yarım milyon dollara başa gələcək. Yeni seriallar 13-34 yaşlı auditoriya üçün hesablanacaq, erotik elementlər olmayacaq və siyasi problemlər müzakirəyə çıxarılmayacaq.

Xəbər lenti