Xəzər Xəbər

Naxçıvanda bank filiallarının artmasının səbəbi açıqlanıb

İqtisadiyyat | 11:36 • 25 Noyabr 2022
Naxçıvanda bank filiallarının artmasının səbəbi açıqlanıb

Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbəri Zakir Nuriyev Naxçıvanda yeni bank filiallarının açılması məsələsini şərh edib.

O, "APA-Economics"ə bildirib ki, qarşıdakı dövrdə əsas məqsəd, bankların fiziki məkandan daha çox digital şəkildə xidmət göstərməsidir. Lakin bununla belə bank xidmətlərinin fiziki məkanlarda fəaliyyəti bir müddət davam edəcək.

"Şübhəsiz ki, Naxçıvan bizim ən önəmli bölgələrimizdən biridir. Hazırda həm Qarabağ bölgəsində bank filialarının açılması həyata keçirilir, xüsusilə də Şuşada və digər yerlərdə məsafədən xidmət göstərilməsi ilə əlaqədar işlər görülür. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasının ərazisində bir neçə bankın filialları açılıb. Bu proses digər banklar tərəfindən məsafədən elektron olaraq daha da gücləndiriləcək. İqtisadi aktivlik artdıqca bankların bölgələrdə göstərdikləri xidmətlər də artır", - deyə ABA sədri əlavə edib.

Qeyd edək ki, hazırda Naxçıvanda "Naxçıvan Bank"la yanaşı, dörd bankın filialı fəaliyyət göstərir. Bir neçə bank isə Muxtar Respublikada filial açmağı planlaşdırır.

Rubrikanın digər xəbərləri

Türkmənistanda SOCAR-ın ofisi
Türkmənistanda SOCAR-ın ofisi AÇILIB
17:30 • 28 Noyabr 2023
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
10:38 • 28 Noyabr 2023
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
09:34 • 28 Noyabr 2023
Sahibkarlar üçün vahid reyestrin yaradılmasına
Sahibkarlar üçün vahid reyestrin yaradılmasına BAŞLANILDI
10:25 • 27 Noyabr 2023
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti bahalaşıb
10:09 • 25 Noyabr 2023
Neft ucuzlaşıb
Neft ucuzlaşıb
09:36 • 25 Noyabr 2023
Bu bankdan kredit verilişinə
Bu bankdan kredit verilişinə MƏHDUDİYYƏT
16:35 • 24 Noyabr 2023

Xəbər lenti