Xəzər Xəbər

Avtoyuma məntəqələrində kassa aparatı quraşdırılmalıdır?

İqtisadiyyat | 14:28 • 21 Noyabr 2022
Avtoyuma məntəqələrində kassa aparatı quraşdırılmalıdır?

Avtoyuma məntəqəsinə avtomobilin yuyulması üçün gələn müştəriyə ödədiyi məbləğ üçün nəzarət-kassa çeki verilməlidirmi?

Vergi Məcəlləsinə əsasən, pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, mehmanxana tipli obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsilə həyata keçirmək vergiödəyicisinin vəzifələrinə aid edilib.

Xezerxeber.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Məcəlləyə görə, vergiödəyiciləri tərəfindən nağd pul hesablaşmalarını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirmək vergiödəyicisinin hüquqlarına aiddir. Qeyd olunanlara əsasən, avtoyuma xidmətinin nağd pul hesablaşmalarının nəzarət-kassa aparatı ilə aparılması məcburi olan fəaliyyət növlərinə aid edilməyib.

Bu baxımdan, sözügedən fəaliyyət növü ilə məşğul olan şəxslər tərəfindən nağd hesablaşmalar zamanı xidmətlərin alıcısına forma və rekvizitləri Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş və xüsusi lisenziya almış mətbəələrdə sifariş edilmiş ilkin uçot sənədi hesab edilən mədaxil qəbzi təqdim edilməlidir.

Xəbər lenti