Xəzər Xəbər

İcbari avtosığorta üzrə yığımlar artıb

İqtisadiyyat | 16:42 • 27 Sentyabr 2022
İcbari avtosığorta üzrə yığımlar artıb

Bu ilin yanvar-avqust ayları üzrə Azərbaycanda sığorta şirkətlərinin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (icbari avtosığorta) üzrə yığımlar 69,9 milyon manat təşkil edib.

Xezerxeber.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 6% çoxdur.

Hesabat dövrü ərzində 59.5 milyon manat sığorta ödənişi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 30% artıqdır.

Başqa sözlə, bu sığorta növü üzrə ödənişlərin yığımlardan daha yüksək dinamika ilə artması icbari avtosığortanın zərərliliyini 23,5% artırıb. Belə ki, ötən il bu sığorta növü üzrə toplanan hər 100 manatdan 68,9 manatı ödənişə yönəldilibsə, bu ilin eyni dövründə bu rəqəm 85,1 manat təşkil edib.

Xəbər lenti