Xəzər Xəbər

MDB ölkələrinə məhsul ixracı azalıb

İqtisadiyyat | 15:11 • 23 Sentyabr 2022
MDB ölkələrinə məhsul ixracı azalıb

Yanvar-avqust aylarında Azərbaycandan MDB ölkələrinə 1 milyard 58 milyon 873 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 4 milyon 95 min dollar azdır.

Cari ilin səkkiz ayında Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 2 milyard 567 milyon 585 min dollar olub.

Xəbər lenti