Xəzər Xəbər

BNA: "Daşıyıcılar pandemiya dövründə 650 min manat gəlirdən məhrum olublar"

İqtisadiyyat | 17:15 • 23 Sentyabr 2022
BNA: "Daşıyıcılar pandemiya dövründə 650 min manat gəlirdən məhrum olublar"

Azərbaycanda koronavirus (COVID-19) pandemiyası dövründə ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılan hər həftəsonu avtobusla sərnişindaşıma xidməti göstərən daşıyıcılar sabit xərclərin mövcudluğu fonunda 650 min manat gəlirdən məhrum olub. Bu günlərin sayı isə 2020-2021-ci illər ərzində ümumilikdə 170 günə yaxındır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

"Bu, pandemiyanın ictimai nəqliyyat sektoruna vurduğu və hazırda da “domino effekti” ilə davam edən zərbədir. Pandemiyanın bu sahəyə mənfi təsiri, sərt karantin rejimində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan qadağalar, avtobuslarla daşınan sərnişin dövriyyəsinin kəskin (2 dəfə) aşağı düşməsi ilə xarakterizə edilir. Bununla yanaşı, metro ilə sərnişindaşımaların dayandırılması avtobusların normadan artıq yüklənməsi ilə nəticələnib. Bu da öz növbəsində təmir xərclərinin, reqlamentdən kənar təmirin intensivliyini artıraraq, maliyyə sabitliyinin əldə edilməsini mümkünsüz edib. Sərt karantin dövründə ehtiyat hissələrinin gətirilməsinin mümkün olmaması da təmirlərin reqlamentlərə uyğun aparılmasına ciddi mənfi təsir göstərib", - deyə BNA bəyan edib.

Agentlik "BakuBus" MMC-nin pandemiya dövründə maliyyə vəziyyətinə də aydınlıq gətirib: "Fəaliyyət göstərdiyi 5 il ərzində əməliyyat xərclərini öz gəlirləri hesabına qarşılayan “Baku Bus”un qeyd olunan səbəblərdən təkcə 2020-ci li üçün gəlirləri 2 dəfədən artıq azalıb, nəticədə müəssisə kreditor borcları ilə üzləşib. Bu mənfi tendensiya hazırda da davam etməkdədir. Bu da daşıyıcıların eqlamentlərə uyğun təmirləri tam həyata keçirməsini qeyri mümkün edib və təmirə dayanan avtobusların sayının normadan artıq olmasına səbəb olub. Hazırda ötən il dövlətin bu sahəyə növbəti dəstəyi nəticəsində alınan 320 ədəd müasir avtobus istismara hazırlanır və sərnişindaşımalarda əhəmiyyətli paya sahib olan “BakuBus”a verilməklə yaxın günlərdə mərhələli şəkildə daşımalara cəlb olunacaq. Bunun sayəsində də avtobusların sayı tələbata tam uyğunlaşdırılacaq".

Rubrikanın digər xəbərləri

Orta aylıq əməkhaqqı 1 000 manatı
Orta aylıq əməkhaqqı 1 000 manatı KEÇDİ
12:29 • 12 İyun 2024
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə
Şərqi Zəngəzurda iki faydalı qazıntı yatağı ilk dəfə HƏRRACA ÇIXARILIR
09:35 • 12 İyun 2024
Azərbaycan neftinin qiyməti
Azərbaycan neftinin qiyməti 82 dollar
09:36 • 11 İyun 2024
Mastercard tezliklə Azərbaycanda süni intellekt
Mastercard tezliklə Azərbaycanda süni intellekt YARADIR
10:30 • 10 İyun 2024
Laçın və Ağalıda kiçik bizneslər
Laçın və Ağalıda kiçik bizneslər YARADILDI
11:44 • 7 İyun 2024
Azərbaycan nefti ucuzlaşmaqda
Azərbaycan nefti ucuzlaşmaqda DAVAM EDİR
09:41 • 6 İyun 2024
Azərbaycan əhalisinin yanacaq xərcləri
Azərbaycan əhalisinin yanacaq xərcləri ARTIB
08:46 • 6 İyun 2024

Xəbər lenti