Xəzər Xəbər

Avropada qaz bahalaşıb

İqtisadiyyat | 14:15 • 21 Sentyabr 2022
Avropada qaz bahalaşıb

Avropada sentyabrın 21-də keçirilən hərracın gedişində min kubmetr qazın qiyməti günün başlanğıcından bəri 6 faiz bahalaşaraq yenidən 2100 dolları ötüb.

Xezerxeber.az xəbər verir ki, Londonun ICE birjasının məlumatına görə, Niderlanddakı TTF habında min kubmetr qazın oktyabr fyuçersinin qiyməti 2115 dollara qədər yüksəlib.

Qazın qiymətinin yenidən bahalaşması Avropa anbarlarında mavi yanacaq ehtiyatlarının maksimuma yaxınlaşması fonunda baş verib. Hazırda Avropanın qaz anbarları ümumilikdə 86 faiz doldurulub.

Bununla yanaşı, “Şimal axını” kəməri ilə hələ də qaz nəql olunmur. Sentyabrın 2-də “Qazprom” texniki xidmət zamanı kəmərdə işlək vəziyyətdə olan yeganə qaz nasosunda yağ sızmasının aşkar edildiyini və bu səbəbdən holdinqin boru vasitəsilə nəqli tamamilə dayandırmağa məcbur olduğunu bildirmişdi.

Xəbər lenti

Çox oxunanlar