Xəzər Xəbər

Bir ölkədən digər ölkəyə mal satışı ƏDV öhdəliyi yaradır?

İqtisadiyyat | 15:22 • 21 Sentyabr 2022
Bir ölkədən digər ölkəyə mal satışı ƏDV öhdəliyi yaradır?

Azərbaycana daxil olmadan bir ölkədən digər ölkəyə mal satışı ƏDV öhdəliyi yaradırmı?

Xezerxeber.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, vergiödəyiciləri arasında ciddi aktuallıq kəsb edən bu məsələyə iqtisadçı Mahmud Abasquliyev aydınlıq gətirib.

Ekspert qeyd edib ki, ƏDV üzrə vergitutma obyekti Azərbaycan ərazisində malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi zamanı yaranır: “Məsələn, Azərbaycan Respublikasının rezidenti “BX” MMC 2022-ci ilin sentyabr ayında digər rezident “RM” MMC ilə 10 min manatlıq (ƏDV-siz) mal alqı-satqısı üzrə müqavilə bağlayaraq həmin ayda malı təhvil verib. Bu proses sənədləşdirilməklə yanaşı, elektron qaimə-faktura ilə rəsmiləşdirilib. Bu zaman cari ayda “BX” MMC-nin 1800 manatlıq ƏDV öhdəliyi yaranacaq: 10.000 x 18% = 1.800 manat”.

Xəbər lenti