Xəzər Xəbər

Məcburi enerji auditi ilə bağlı meyarlar müəyyənləşib

İqtisadiyyat | 11:35 • 18 Avqust 2022
Məcburi enerji auditi ilə bağlı meyarlar müəyyənləşib

Nazirlər Kabineti “Məcburi enerji auditi keçirilməli olan təsərrüfat subyektlərinin və qeyri-yaşayış binalarının müəyyən edilməsi üçün meyarları” təsdiqləyib.

Xezerxeber.az-ın məlumatına görə, qərarda qeyd edilir ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna əsasən, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq aşağıdakı meyarlara uyğun gələn təsərrüfat subyektləri və qeyri- yaşayış binalarında enerji auditinin keçirilməsi məcburidir:

- illik enerji istehlakı 1000 ton neft ekvivalentindən çox olan təsərrüfat subyektləri;

- tikinti sahəsi ən azı 10 000 kvadratmetr və ya illik enerji istehlakı 250 ton neft ekvivalentindən çox olan qeyri-yaşayış binaları.

Bu Qərar 2022-ci il 1 iyul tarixindən tətbiq edilir.

Xəbər lenti