Xəzər Xəbər

DİQQƏT! Bakının bu rayonunda binalar sökülür

İqtisadiyyat | 7,314 | 16:12 • 11 May 2022
DİQQƏT! Bakının bu rayonunda binalar sökülür
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən binanın söküntüsünə başlanılıb. Hazırda sökülməkdə olan "xruşovka" tipli binanın yerində yaşayış və qeyri-yaşayış binasının tikintisi planlaşdırılır.
 
XəzərXəbər xəbər verir ki, bu barədə Trend-ə bina sakinləri xəbər verib.
 
Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov bildirib ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.
 
Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli "xruşovka" bina 1957-ci ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılır. Azərbaycanda isə "xruşovka"ların tikintisinə 1959-cu ildə start verilib.

Xəbər lenti