Xəzər Xəbər

ŞAD XƏBƏR: Bu şəxslərin pensiya məbləği 170 manat artacaq

Musa Quliyev: Güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyalarının məbləği 170 manat artacaq
İqtisadiyyat | 21,815 | 13:57 • 27 Aprel 2022
ŞAD XƏBƏR: Bu şəxslərin pensiya məbləği 170 manat artacaq

“Güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərin pensiyalarının orta məbləği 170 manat artacaq”.

XəzərXəbər “Report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanunun I oxunuşda müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, 45-ci maddəyə təklif olunan dəyişiklik nəticəsində bu Qanunun 9-cu maddəsi üzrə güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq. Bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manat artmasına imkan yaradacaq.

Xəbər lenti