Xəzər Xəbər

Avropada qazın qiyməti inanılmaz həddə çatdı

İqtisadiyyat | 14:05 • 27 Aprel 2022
Avropada qazın qiyməti inanılmaz həddə çatdı

Çərşənbə günü ticarətin açılışında Avropada qazın spot qiyməti dörddə bir dəfə artaraq min kubmetr üçün 1300 dolları keçib.

Məlumata görə, Bolqarıstan və Polşanın “Qazprom”a rublla ödəməkdən imtina etməsindən sonra çatdırılmaların avtomatik dayandırılmasına səbəb olub.

Şərqdən tədarükdən imtina edən bu cür oyunçuların Avropa spot bazarında qiyməti artıracağı bildirilir. Beləliklə, bütün alıcılar üçün qazın qiyməti qalxacaq.

“ICE Futures” birjasında ən yaxın (may ayı - red.) TTF fyuçerslərinin (“Title Transfer Facility” Niderlandda təbii qaz üçün virtual ticarət platformasıdır - red.)  ticarəti çərşənbə axşamı günü 1089 dollarda bağlandıqdan sonra hər min kubmetr üçün 1,375 dollardan açılıb. Hazırda qiymətlər 1330 dollar ətrafındadır.

Xatırladaq ki, bu gün səhər “Qazprom” rublla ödəniş edilmədiyinə görə “Bulgargaz” (Bolqarıstan) və PGNiG (Polşa) şirkətlərinə qaz tədarükünü tamamilə dayandırıb. /publika.az

Xəbər lenti