Xəzər Xəbər

"Brent" nefti 100 dollaradək bahalaşa bilər

İqtisadiyyat | 12:33 • 23 Yanvar 2022
"Brent" nefti 100 dollaradək bahalaşa bilər

"Morgan Stanley" bankının analitikləri bu ilin üçüncü rübündə "Brent" neftinin bir barelinin 100 dollaradək bahalaşacağını proqnozlaşdırırlar. Bundan əvvəl ekspertlər qiymətin 90 dollara qədər artımını gözləyirdi.

Xezerxeber.az xəbər verir ki, analitiklər qiymət artımını 2022-ci ilin sonuna yaxın qlobal neft ehtiyatlarının azalacağı ilə izah edirlər. Bununla yanaşı, dünyada ehtiyat gücünün indiki sutkalıq 3,4 milyon bareldən 2 milyon barelədək düşəcəyi bildirilir.

Bankın ekspertləri bundan əvvəl hesab edirdilər ki, qiymətlər bir barelə görə 90 dollara yaxınlaşarkən neftə tələbat azalmağa başlayacaq. İndi isə onların fikrincə, bu, neftin daha yüksək qiymət artımı zamanı baş verəcək, çünki neft məhsullarına tələbat dayanıqlı olaraq qalacaq. Məsələn, aviasiya yanacağına tələbat artıq bu yay sutkalıq 1,5 milyon barelə çata bilər.

Goldman Sach investisiya bankının ekspertləri də 2022-ci ilin üçüncü rübündə Brent neftinin bir barelinin qiymətinin 100 dollaradək qalxacağı barədə proqnoz veriblər.

 

Xəbər lenti

Çox oxunanlar