Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti 91 dollara düşdü

İqtisadiyyat | 10:25 • 22 Yanvar 2022
Azərbaycan neftinin qiyməti 91 dollara düşdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,48 ABŞ dolları, yaxud 1,59 % azalaraq 91,41 ABŞ dollarına çatıb.

XəzərXəbər xəbər verir ki, ötən gün “Brent” markalı neftin bir bareli 87,57 ABŞ dolları olub.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.

Xəbər lenti