Xəzər Xəbər

Pensiyaçılara yeni xəbər: 1 milyon 197 min...

Ölkədəki pensiyaçıların sayı açıqlandı
İqtisadiyyat | 11:03 • 20 Yanvar 2022
Pensiyaçılara yeni xəbər: 1 milyon 197 min...

2022-ci ilin əvvəlinə Azərbaycanda pensiyaçıların sayı 1 milyon 197,0 min nəfər olmaqla ölkə əhalisinin 11,9 faizini təşkil edib.

Bu barədə XəzərXəbər-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.
 
Həmin dövrə 397,0 min nəfər sosial müavinət, 299,2 min nəfər isə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alıb. 2021-ci il ərzində birdəfəlik müavinət alanların sayı 83,4 min nəfər olub.

Xəbər lenti