Xəzər Xəbər

Azərbaycan neftinin qiyməti daha 2 dollar bahalaşdı

İqtisadiyyat | 10:47 • 20 Yanvar 2022
Azərbaycan neftinin qiyməti daha 2 dollar bahalaşdı

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,93 ABŞ dolları, yaxud 2,13 % artaraq 92,49 ABŞ dollarına çatıb.

XəzərXəbər xəbər verir ki, dünya bazarında xam neftin qiyməti yüksəlməkdə davam edir. 

Ötən gün “Brent” markalı neftin bir bareli 88,07 ABŞ dolları olub.

Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Xəbər lenti