Xəzər Xəbər

Ərdoğan Azərbaycanla bağlı vacib sənədi təsdiqlədi

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib
İqtisadiyyat | 10:06 • 11 Yanvar 2022
Ərdoğan Azərbaycanla bağlı vacib sənədi təsdiqlədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

XəzərXəbər xəbər verir ki, dövlət başçısının sərəncamı "Rəsmi qəzet"də dərc olunub.

Qeyd edək ki, iki ölkə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu ötən ilin dekabrında imzalanıb.

Xəbər lenti