Xəzər Xəbər

Koronavirusun yeni ştamı birjalarda nikbinlik yaradacaq – Amerikalı milyarder

İqtisadiyyat | 16:35 • 29 Noyabr 2021
Koronavirusun yeni ştamı birjalarda nikbinlik yaradacaq – Amerikalı milyarder

"Koronavirusun yeni aşkarlanan "Omicron ştammının iqtisadi faydaları var”.

"Bloomberg” xəbər verir ki, belə bir açıqlama ilə Pershing Square Capital Management hedcinq fondunun idarəedici şirkətinin təsisçisi Bill Ackman çıxış edib.  

Amerikalı milyarderin sözlərinə görə, gərginliyə və hətta yüksək yoluxuculuq qabiliyyətinə baxmayaraq, əgər yeni ştamın simptomları yüngül olarsa, birjalarda nikbinlik yaranacaq. 

"Bloomberg” qeyd edir ki, artıq yeni ştama yoluxanlarda yüngül simptomların müşahidə edilməsinə dair xəbərlər var və bu xəbərlər ABŞ səhmlərinin fyuçerslərini Asiyada bahalaşdırıb. Eyni proses Avropa bazarlarında da görünür. 

Xatırladaq ki, ötən həftənin cümə günü yeni və təhlükəli şatamın yayılması xəbərləri dünya bazarlarında qiymətləri kəskin endirmişdi. S&P 500 ticarətə başlayandan bir neçə dəqiqə ərzində 1,6 faiz, Dow Jones - 2,2 faiz, Nasdaq - 1,2 faiz ucuzlaşmışdı. Bunun nəticəsində əsas əmtəə olan neft 10-13 faiz aralığında dəyər itirdi.

Lakin həftənin ilk günündə yayılan məlumatlar birjalarda yenidən canlanmaya səbəb olub. Bill Ackman hesab edir ki, pozitiv xəbərlər davam edərsə, qlobal iqtisadiyyat daha da güclənəcək. /Sfera.az

Xəbər lenti