Xəzər Xəbər

Rusiyanın verdiyi 48 saat vaxt bu gün başa çatır

İqtisadiyyat | 17:28 • 24 Noyabr 2021
Rusiyanın verdiyi 48 saat vaxt bu gün başa çatır

Rusiyanın “Qazprom” şirkətinin Moldovaya təbii qazın kəsilməməsi ilə bağlı verdiyi vaxt bu gün başa çatır.

Bu barədə şirkətdən açıqlama verilib. Bildirilib ki, müqavilədə əsas şərt kimi ödənişin vaxtında tam şəkildə ödənilməsi qeyd edilsə də, Moldova hökuməti şərtə əməl etməyib.

Qeyd edə ki, iki gün əvvəl “Qazprom” şirkəti 48 saat ərzində borcun ödənilməyəcəyi təqdirdə təbii qazın verilməsinin dayandırılacağını bəyan edib. Xəbərdarlıqdan sonra isə Moldova hökuməti borcun ödəniləcəyini bəyan edib./Metbuat.az 

Xəbər lenti