Xəzər Xəbər

Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Qaydalar dəyişdi

Azərbaycanda avtomobil satışı yeni qaydada aparılacaq
İqtisadiyyat | 18:35 • 24 Noyabr 2021
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Qaydalar dəyişdi

Azərbaycanda avtomobil satışı ilə bağlı yeni qayda müəyyən edilir.

XəzərXəbər-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, ixtisaslaşmış qaydada, o cümlədən komisyon və ticarət təşkilatları vasitəsi ilə avtomobil satışı üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçiriləcək.

Dəyişikliklər səsverməyə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Xəbər lenti