Xəzər Xəbər

Bu yolda hərəkət məhdudlaşdırılır

İqtisadiyyat | 09:35 • 13 Oktyabr 2021
Bu yolda hərəkət məhdudlaşdırılır

13-16 oktyabr tarixlərində Bakı şəhəri, Nəsimi rayonu Alı Mustafayev küçəsində (3-cü mikrorayon dairəsindən Xutor dairəsinədək olan istiqamətində) aparılacaq əsaslı təmir işləri ilə əlaqədar olaraq yan yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən ərazidə diqqətli olmaları, yol hərəkəti qaydalarına və yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur:

"Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik".

Xəbər lenti